xebermen.az

Lavrovdan amerikalı jurnalistə istehza: Prezidentə inanmırsan?

25-04-2025, 12:36


 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya gözlənilən səfəri barədə sual verən “CBS” telekanalının aparıcısını istehza ilə ələ salıb.

Amerikalı jurnalist Rusiya prezidenti Vladimir Putinin aprelin 25-i cümə günü Stiv Uitkoff ilə görüşəcəyini soruşub.

"ABŞ prezidentinə güvənmirsiniz?" – Lavrov istehza ilə soruşub.

Operator həmin an teleaparıcının üz ifadəsini göstərməyib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml Vladimir Putinlə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında gözlənilən danışıqların təfərrüatını açıqlamayıb. Kremlin sözçüsü Rusiya prezidenti ilə Uitkoff arasında yeni təmaslar baş verəcəyi təqdirdə mətbuata məlumat verəcəyini vəd edib.

Bundan əvvəl Amerika mətbuatı Vladimir Putinlə Stiv Uitkoff arasında görüşün 25 aprel 2025-ci il tarixində baş tuta biləcəyini açıqlamışdı.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31