xebermen.az

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?

30-04-2025, 16:41

 

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.

Bu müddət sabah tamamlanır.

Qanunvericiliyə əsasən, Baş prokuror beş il müddətinə təyin olunur. Hazırda Kamran Əliyevin səlahiyyətlərinin uzadılması və ya yeni namizədin irəli sürülməsi ilə bağlı qərar gözlənilir. Yaxın günlərdə bu məsələ ilə bağlı Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək. Təqdimat parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.

Kamran Əliyev rəhbərlik dövr prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də Baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin Baş prokurorudur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930