xebermen.az

İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü

30-04-2025, 21:15

 

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı Milli Məclisə daxil olub.

Təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.

Təqdimatda K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.

Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.

Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930