xebermen.az

Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?

1-05-2025, 10:03

 

Gözlərin altındakı qara dairələr adətən yorğunluq və yuxusuzluq ilə assosiasiya olunur ki, bu da sağlamlıqla bağlı problemlərdən xəbər verən həyəcan siqnalı ola bilər.

Bu barədə rusiyalı cərrah, Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov Lenta.ru-ya müsahibəsində danışıb.

Cərrah qeyd edib ki, əksər hallarda göz altındakı qançırlar kəllə əsasının, yuxarı çənənin və ya göz yuvası (orbital) sümüklərinin sınıqları zamanı yaranan travmaların nəticəsidir. Lakin bu qançırlar həmçinin qaraciyər və ürək-damar funksiyalarının pozulması kimi gizli patologiyaların da göstəricisi ola bilər.

"Nəzəri cəhətdən, qaraciyər xəstəlikləri zamanı damar yatağının keçiriciliyi pozula bilər ki, bu da diapidez qanaxmalara gətirib çıxarır, bu zaman qan elementlərinin müxtəlif yerlərdə damarların divarlarından sızması baş verir", - deyə Aleksandr Umnov bildirib.

"Belə patologiyalarla onkotik təzyiqin saxlanmasına cavabdeh olan zülalların ifrazı pozulur və bu da qanaxmaya səbəb olur", - deyə həkim əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930