xebermen.az

Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı

7-05-2025, 09:56

 

"Rafale" qırıcılarının istehsalçısı olan Fransanın "Dassault Aviation" şirkətinin səhmləri kəskin şəkildə (6%) ucuzlaşıb.

Bu barədə "Samaa" TV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Pakistanın Hərbi Hava Qüvvələrinin nəzarət xəttində artan hərbi gərginlikdən sonra üç "Rafale" qıcısı da daxil olmaqla, 5 Hindistan təyyarəsini vurması olub.

Pakistan Hindistan təyyarələrinin hava məkanını keçməzdən əvvəl məhv edildiyini bildirib.

"Təyyarələrimizdən heç birinə ziyan dəyməyib. Bütün bölmələr təhlükəsiz şəkildə bazaya qayıdıb", - deyə Pakistan ordusunun sözçüsü hərbi hava qüvvələrinin əməliyyat hazırlığını və Pakistanın hava məkanını qorumaq öhdəliyini vurğulayaraq təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31