xebermen.az

"Haribo"da yenə narkotik maddə aşkarlandı

3-06-2025, 09:34

 

Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə (çətənə) aşkarlanıb.

"Haribo" şirniyyatlarının istehsalçısı Belçika və Lüksemburqdakı alıcıları müəyyən növ marmeladları yeməməyə və onları şirkətə qaytarmağa çağırıb.

Narkotik maddələrin "Haribo Happy Cola F!ZZ" kiloqramlıq paketlərində necə peyda olduğu hələ də məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Niderlandda bir ailənin bir neçə üzvü 1 kiloqramlıq “Haribo Happy Cola F!ZZ” marmeladlarını yedikdən sonra özlərini pis hiss etdikləri üçün həkimə müraciət ediblər. Onlarda əsasən başgicəllənmə və halüsünasiya şikayətləri olub. Bundan sonra qidadan nümunələr götürülüb və məhsulda narkotik tərkibli maddə olduğu üzə çıxıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930