xebermen.az

Laçında möhtəşəm atəşfəşanlıq

4-06-2025, 10:11

 

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ili çərçivəsində möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Əvvəlcə iştirakçı ölkələrin nümayəndələri və bədii kollektivlərinin iştirakı ilə təntənəli ziyafət keçirilib.

Tədbirin yekununda Laçının gecə səmasını bəzəyən möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib. Rəngli işıq süzgəcləri və səmaya yüksələn al-əlvan fişənglər tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, tədbirdə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı ölkədən 100-ə yaxın rəsmi nümayəndə və qonaq iştirak edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31