xebermen.az

Putindən İran-İsrail gərginliyinə reaksiya

13-06-2025, 21:39

 

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pəzeşkiyan və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Danışıq zamanı Putin Tehranın nəzarətində olan şəhərlərdə mülki vətəndaşların həlak olması ilə bağlı başsağlığı verib. O, həmçinin vurğulayıb ki, Rusiya BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi İsrailin hərbi əməliyyatlarını qətiyyətlə pisləyir.

Kremlin məlumatına görə prezident bölgədə gərginliyin artmasından narahatlığını ifadə edib və tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb. Danışıqlar zamanı həm İran, həm də İsraillə münasibətlərin davam etdirilməsi və vəziyyətin sabitləşdirilməsi yolları müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30