xebermen.az

Səfərov qardaşları küt alətlə qətlə yetirilib

1-07-2025, 13:04

 

Rusiyanın Yekaterinburq vilayətində qətlə yetirilən azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qan sızmalar olduğu müəyyən edilib.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov meyitlərin ekspertiza rəyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, müayinə zamanı qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları da müəyyən olunub:

"Sınıqların yerdəyişməsi nəticəsində uclar vasitəsilə ağciyərlər zədələnib. Ağciyərin sınıq uclar vasitəsilə cırılması hadisəsi baş verib. Qabırğalar arasında qansızmalar mövcud olduğu da diqqətə çatdırılıb. Bununla yanaşı, diafraqmada geniş qansızmalar var idi".

Ə.Həsənov qeyd edib ki, ekspertiza nəticəsində qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30