xebermen.az

İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar ləğv edilə bilər

23-07-2025, 11:18

 

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.

İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq.

Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.
İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.

Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30