xebermen.az

Məşhur fizikaçı yadplanetlilərlə bağlı bu iddiaları RƏDD ETDİ

3-08-2025, 21:02

 

Bu yaxınlarda astronomlar tərəfindən kəşf edilən 3I/ATLAS kometası ilə bağlı mediada yer alan fərziyyələr əsassızdır.

Bunu Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi, İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev deyib..

Onun sözlərinə görə, həmin kometanın yadplanetlilərin gəmiləri və ya kosmik silahlarla heç bir əlaqəsi yoxdur.

Mütəxəssisin fikrincə, göy cismi Yerə bir neçə on milyon kilometr uzaqdan keçəcək, yəni təhlükəsiz məsafədə uçacaq.

“Bu, həqiqətən də kometadır, casus ulduz gəmisi və ya silahları olan döyüş gəmisi deyil”, - o vurğulayıb.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont da bildirib ki, aşkar edilmiş ulduzlararası 3I/ATLAS kometasının yadplanetli gəmisi olduğuna inanmaq üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, Günəş sisteminin daxili planetlərinə doğru hərəkət edən ulduzlararası obyekt (3I/ATLAS) iyulun əvvəlində Yupiterin orbiti ərazisində kəşf edilib. İyul ayında məşhur İsrail əsilli, amerikalı astronom Abram Loeb onun süni mənşəyi ilə bağlı fərziyyə irəli sürüb və bunun yadplanetlilərin gizli gəmisi ola biləcəyini söyləyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31