xebermen.az

Türkiyə Qəzzaya görə dünyaya çağırış etdi

4-08-2025, 09:51

 

Türkiyə İsrail nazirlərinin polis müşayiəti ilə Məscidül-Əqsaya basqın etməsini sərt şəkildə qınayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu cür təxribatlar Qüdsün müqəddəs statusunu və Məscidül-Əqsanın toxunulmazlığını hədəfə alır, həmçinin iki dövlətli həllə və bölgədə sülhə ciddi zərbə vurur.

Rəsmi Ankara İsrailin işğalçı və sabitliyi pozan siyasətlərinə qarşı beynəlxalq ictimaiyyəti sükuta son verməyə, dərhal atəşkəsin təmin olunmasına və iki dövlətli həllə yönələn sülh prosesini dəstəkləməyə çağırıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31