xebermen.az

ABŞ Alyaskada Putin və Zelenskininin iştirakı ilə üçtərəfli sammit keçirməyə hazırdır

10-08-2025, 13:23

 

ABŞ Prezident Administrasiyası Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirməyə açıq olduğunu bəyan edib.

Bununla belə, Ağ Evin nümayəndəsi qeyd edib ki, Vaşinqton hazırda yalnız Vladimir Putinlə görüş hazırlayır.

O vurğulayıb ki, bunu Rusiya prezidenti özü istəyib.

Daha əvvəl "NBC News" mənbələrə istinadən xəbər vermişdi ki, Ağ Ev Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də görüşün keçiriləcəyi Alyaskaya Volodimir Zelenskini dəvət edə bilər.

Telekanalın həmsöhbəti bu variantın "müzakirə olunduğunu" bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30