xebermen.az

Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq?

11-08-2025, 09:58

 

Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret tarixlər məlum deyil.

Bu barədə türk diplomatik mənbə "RİA Novosti"-yə bildirib.

"Bu mövzuda (Türkiyə-Ermənistan sərhədinin açılması - red.) konkret müddət yoxdur. Cənab prezidentin (Rəcəb Tayyib Ərdoğan - red.) dediyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel davam edəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq", - mənbə qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Ağ Evdə İrəvanla Bakı arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına dair birgə bəyannamə imzalayıblar.

2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və bunun üçün zəruri olan proseslərin başlanması barədə razılıq əldə olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31