xebermen.az

Vaşinqtona Milli Qvardiya yeridildi - İki ştatdan KRİTİK QƏRAR

17-08-2025, 09:55

 

Cənubi Karolina və Ohayo ştatları ABŞ prezidenti Donald Trampın Amerika paytaxtında “asayişin bərqərar olması” əmrini dəstəkləmək üçün Milli Qvardiyanı Vaşinqtona göndərib.

Bu barədə ştatın qubernatorları məlumat veriblər.

"Mühafizəçilər Kolumbiya dairəsində asayişin və sabitliyin bərpası üçün prezident Donald Trampın sərəncamına uyğun olaraq federal hüquq-mühafizə orqanlarının səylərini dəstəkləyəcək ", - bəyanatda deyilir.

Cənubi Karolinanın Vaşinqtona 200, Ohayo ştatının isə 150 döyüşçü göndərdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl Tramp cinayətin tüğyan etdiyinə görə Vaşinqtonun dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrildiyini bildirib. O, bir qrup yeniyetmənin sahibkar İlon Maskın 19 yaşlı keçmiş köməkçisinə vəhşicəsinə hücumu ilə bağlı hadisəni belə qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31