xebermen.az

Ukraynanın gələcəyi üçün “B planı” nəyi nəzərdə tutur?

20-08-2025, 13:44

 

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Ali Radada çıxışı zamanı ABŞ-lə görüşü "azadlıq və demokratiya uğrunda mübarizənin əsas mərhələsi" kimi qiymətləndirib.

O bildirib ki, Avropa, NATO və Ukraynanın birliyi sammitdə üstünlük qazanıb.

Poroşenko vurğulayıb: "Ərazi güzəştləri qəbuledilməzdir. Putin bütün Ukraynanı istəyir və onun qərar vermək hüququ yoxdur".

O, Ukraynanın əsas vəzifəsinin "ordu, dil və inamı qorumaq" olduğunu qeyd edib və əgər təhdidlər davam edərsə, silah və maliyyə yardımlarının artırılmalı, NATO və Aİ-yə inteqrasiya sürətləndirilməlidir.

Sonda Poroşenko Prezident Zelenskinin parlamentə dəvət edilməsini və Vaşinqtonda aparılan danışıqlar barədə məlumat verilməsini zəruri sayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31