xebermen.az

"Ət yeyən" bakteriya sürətlə yayılır - ABŞ təşviş içində

23-08-2025, 11:19

 

ABŞ-da "ət yeyən" bakteriya halları artmaqdadır. Ölkənin sahilyanı ərazilərində "Vibrio vulnificus" bakteriyası sürətlə yayılır.

Bu barədə “Tribune” məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) məlumatına görə, infeksiya Florida və Luiziana da daxil olmaqla 11 ştata yayılıb.

Bəziləri ölümlə nəticələnən onlarla hal qeydə alınıb. Hər beş yoluxma hadisəsindən biri 48 saat ərzində ölümlə nəticələnir.

Bakteriyalar isti, duzlu suda yaşayır. Bədənə az bişmiş dəniz məhsulları və hətta kiçik ölçülü açıq yara vasitəsilə daxil ola bilər.

İnfeksiyanın ilk əlamətləri ishal, qusma və dəridə qabarcıqlardır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30