xebermen.az

Türkiyə Ukraynaya qoşun yeridə bilər - Səfirdən AÇIQLAMA

23-08-2025, 23:07

 

Türkiyə ən azı müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Ankara, həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbçilərin göndərilməsi imkanını da nəzərdən keçirir.

Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində bildirib.

“Mən elə dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşmüşəm, çox gözəl söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Türkiyə tərəfi dənizin minalardan təmizlənməsi ilə yanaşı, yerüstü minalardan təmizlənmədə iştirakını da nəzərdən keçirir”, - deyə səfir bildirib.

N.Cəlal əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski də Türkiyənin təhlükəsizlik zəmanətində iştirak etməyə hazır olduğunu bəyan etmişdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31