xebermen.az

Ukraynadan xaricə səyahətlə bağlı qərar: Ləğv edildi

27-08-2025, 15:30

 

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ukraynada 18-22 yaşlı kişilərə tətbiq edilən səyahət qadağası götürülüb.

Bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko “Telegram” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, 18-22 yaş arası ukraynalı kişilər sərbəst şəkildə sərhədi keçə biləcəklər. Eyni qayda xaricdəki Ukrayna vətəndaşlarına da şamil ediləcək.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra 2022-ci ildə elan edilmiş hərbi vəziyyət və ümumi səfərbərliyə əsasən bu yaş qrupunda olan kişilərin xaricə səyahəti qadağan edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31