xebermen.az

Müasir oyuncaqlar uşaqlarda qumar vərdişi yarada bilər

28-08-2025, 09:31

 

Mütəxəssislər həyəcan təbili çalırlar: uşaqlar arasında sürətlə yayılan sürpriz oyuncaqlar qumar aludəçiliyinə yol aça bilər. Ekspertlərin fikrincə, ənənəvi gəlinciklər uşaqlar üçün daha sağlam hesab olunur.

Türkiyəli psixoloq Ahmet Erdem xəbərdarlıq edir ki, uşaqlar sürpriz içlikli oyuncaqlardan hər birinin içində nə olacağını bilmirlər. Bu, azyaşlıları istədikləri sürprizi tapana qədər davamlı olaraq yeni oyuncaq almağa təşviq edir. Belə olduqda uşaqlar oyuncağın özündən çox, satınalma anındakı həyəcandan asılı hala gəlir və həmin həyəcanı təkrar-təkrar yaşamaq istəyirlər.

"Uşaqlar artıq oyuncağın özü ilə deyil, onu alarkən hiss etdikləri emosiya ilə maraqlanırlar. Bu, zehnində qumara bənzər bir mexanizm yaradır", - psixoloq bildirib.

O, valideynləri uşaqlar üçün oyuncaq seçimində daha diqqətli olmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930