xebermen.az

İran rusiyalılar üçün viza qaydalarını sərtləşdirdi

30-08-2025, 16:13

 

İran rusiyalı turistlər üçün giriş prosedurlarını məhdudlaşdırıb.


Bu barədə Rusiya Turoperatorları Assosiasiyası İranın Moskvadakı səfirliyinə istinadən məlumat yayıb.


Artıq vizaları yalnız Rusiya turoperatorları ilə əməkdaşlıq edən İran turizm agentlikləri vasitəsilə əldə etmək mümkündür, müstəqil viza rəsmiləşdirilməsinə icazə verilmir.


Bu tədbirlərin Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar olduğu və "arzuolunmaz şəxslərin" ölkəyə girişinin qarşısını almaq məqsədi daşıdığı bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30