xebermen.az

Məşhur reper intihar edib? - Meneceri açıqlama yaydı

31-08-2025, 15:23

 Məşhur reper intihar edib? - Meneceri açıqlama yaydı

"Sansar Salvo" ləqəbi ilə tanınan türkiyəli repçi Ekincan Arslanın intihar etdiyi iddia edilib.

Paylaşdığı video ilə bağlı Sansar Salvonun vəkili və meneceri açıqlama yayıb:

"Bəzi media və sosial mediada müvəkkilimiz Ekincan Arlanın intihar etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Onun səhhəti yaxşıdır və sözügedən ittihamlar tamamilə əsassızdır. Bu açıqlama ictimaiyyətin çaşdırılmasının qarşısını almaq üçün lazım idi".

Qeyd edək ki, reper paylaşdığı videoda "Anam etibarnaməmi alıb məndən qurtulmaq üçün belə edir. Evdə olan bütün dərmanları içmişəm" sözlərini demişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31