xebermen.az

Zədələnmiş sümüklərin sürətli bərpasına imkan verən cihaz yaradılıb

6-09-2025, 10:53

 

Cənubi Koreya və ABŞ tədqiqatçıları sümüklərin zədələnmiş hissələrini birbaşa xəstənin bədəni daxilində "çap" etməyə imkan verən cihaz yaradıblar.

Bu texnologiya ilk olaraq dovşanlar üzərində sınaqdan keçirilib və nəticələri "Device" elmi jurnalında təqdim olunub.

Məlumata görə, alimlər davamlı polimer materialların kompozitindən və sümük toxumasının mineral hissəsinin sintetik analoqundan istifadə etməklə xəstənin daxilində zədəli sümük hissələrini əvəz etmək üçün yenilərini çap edəcəklər.

Bildirilir ki, yeni cihaz 3D çap sisteminin analoqudur, lakin çox yığcam ölçülərə malikdir. Onun işini əllə idarə etmək olar ki, bu da cərrahlara əməliyyatlar zamanı çapın istiqamətini, bucağını və dərinliyini çevik şəkildə tənzimləməyə imkan verir. Bu prosedur bir neçə dəqiqə ərzində həyata keçirilə bilər və ilkin hazırlıq tələb etmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31