xebermen.az

"WhatsApp”, “Facebook” və “Instagram” birləşdi

6-09-2025, 10:55

 

Meta "WhatsApp", "Facebook" və "Instagram"ı bir-birinə inteqrasiya etmək barədə fəaliyyətini davam etdirir.

"WhatsApp" profil şəklinin seçilməsi ilə bağlı yenilik üzərində işləyir. Buna qədər istifadəçilər profil şəklini seçmək üçün yeni şəkil çəkə, qalereyada olan fotolardan birini seçə və ya süni intellektlə yaradılmış şəkillərdən istifadə edə bilirdi. Yeni funksiya "Facebook" və "Instagram" profilindəki şəkilləri "WhatsApp"a asanlıqla köçürməyə imkan verəcək. Bunun üçün "WhatsApp" hesabı Meta Hesab Mərkəzinə bağlı olmalıdır.

Yenilik "WhatsApp" androidlər üçün beta versiyasında müşahidə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31