xebermen.az

Planetimizi maqnit qasırğaları vura bilər

12-09-2025, 10:01

 

Qarşıdakı həftəsonu geomaqnit şəraitin pisləşməsi və 5 ballıq şkala üzrə 2 və 3-cü səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı var.


Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.


“İlkin proqnoza görə, 13–14 sentyabr tarixlərindən başlayaraq görünən Günəş səthində qeyri-adi böyük ekvatorial koronal dəliyin meydana çıxması səbəbilə maqnit qasırğası gözlənilir,” - deyə açıqlamada bildirilir.


Alimlərin sözlərinə görə, bu koronal dəlik planetin fırlanma müstəvisində yerləşir və bu gün Günəşin fırlanması nəticəsində görünən diskin mərkəzinə çıxıb.


Mütəxəssislər hesab edirlər ki, bu hadisə nəticəsində yüksək sürətli Günəş küləkləri Yerə doğru yönələcək və təxminən üç gün ərzində planetə çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31