xebermen.az

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: "Ağıllı toz" dövrü başlayır

16-09-2025, 09:56

 

1963-cü ildə polyak fantast-yazıçısı Stanislav Lem "Qalib" ("Niezwyciezony") adlı əsərində atmosferi öyrənmək üçün yaradılmış, havada sərbəst uça bilən süni nanobotlardan bəhs etmişdi. Onlar təkbaşına zəif görünsələr də, birləşərək enerji toplayan, çoxalan və müdafiə mexanizmi yaradan güclü "toz buludu"na çevrilirdilər. Həmin dövrdə yalnız fantastika hesab olunan bu ideya bu gün hərbi texnologiyaların inkişafına ilham verib.

Lemin təsvir etdiyi "canlı toz" indi "ağıllı toz" ("smart dust") adı ilə reallığa çevrilmək üzrədir.

Bu barədə "Futurism" yazıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin DARPA agentliyində başlanan araşdırmalar sonradan universitetlərə və korporativ laboratoriyalara da yayılıb. İlk prototiplər düyü dənəsi böyüklüyündə olsa da, hazırda onların ölçüləri 0,02 mm³-ə qədər kiçildilib. Bu mikrosensorlar temperaturu, rütubəti, işıq və səs səviyyəsini, yaxın gələcəkdə isə havanın kimyəvi tərkibini qeydə ala bilir.

Mütəxəssislər bildirirlər ki, gələcəkdə "toz dənələri" havada asılı qalaraq məhdudiyyətsiz miqdarda məlumat ötürə biləcək.

Hazırda bu texnologiyanın bazar dəyəri 115 milyon dollar təşkil edir. Proqnozlara görə, 2032-ci ildə həmin rəqəm 400 milyon dollara çatacaq. Bununla belə, texnologiyanın ən böyük problemi sensorların qısa ömürlü olması və məhdud məsafədə işləməsidir. Alimlər hazırda bu problemlərin həllinə çalışırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930