xebermen.az

Türkiyədə zəlzələ oldu

22-09-2025, 10:06

 

Balıkəsirdə İstanbul da daxil olmaqla bir çox şəhərdə panikaya səbəb olan 4,9 bal gücündə zəlzələdən sonra gecə yarısı Egey dənizində qorxulu təkan baş verib.


AFAD Egeydə baş verən zəlzələnin maqnitudasını 4.8 olaraq açıqlayıb.


Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, episentri Egey dənizində olmaqla 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 8,99 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.


Qeyd edək ki, dünən axşam saatlarında Balıkəsir bölgəsində 4.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul, Bursa və İzmirdə də hiss olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31