xebermen.az

Azərbaycan və Maldiv adi pasportlara malik olan şəxsləri vizadan qarşılıqlı azad ediblər

25-09-2025, 10:25

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv adalarının xarici işlər naziri Abdullah Xalillə görüşündə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə yüksəksəviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında adi pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31