xebermen.az

Məşhur körpü bağlandı - İntihar hadisələrinə görə...

25-09-2025, 10:26

 

ABŞ-ın Nyu-Meksiko ştatında Rio-Qrand dərəsi üzərindəki körpü piyadaların istifadəsinə bağlanıb.


Buna səbəb orada baş verən intihar hadisələrinin artması olub. Yerli hakimiyyət orqanları insanların bu məkanda həyatına qəsd etmələrinin qarşısını almaq üçün körpünü qeyri-müəyyən müddətə bağlamağa məcbur olub.


Rəsmi məlumatlara görə, son üç həftə ərzində üç nəfər özünü körpüdən ataraq həyatına son qoyub. İl ərzində körpüdə həyatına son qoyan insan sayı ümumilikdə altı olub.


Qeyd edək ki, körpü 50 il əvvəl inşa edilib. Bu körpü həm filmlərdə və reklam çarxlarında görünməsi, həm də dünyanın müxtəlif yerlərindən gələn turistləri cəlb etməsi ilə tanınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31