xebermen.az

''Təcili kredit, ''onlayn kredit'' və s... – ALDANMAYIN

2-10-2025, 11:14

 

Sosial şəbəkələrdə saxta kredit səifələri açılır... Vacib pula ehtiyacı olan şəxslər aldadılır... Başqa sözlə, onlar şirnikləşdirici vədlərlə tələyə salınır... Belə səhifələrin əksəri müraciət edən şəxsdə inam yaratmaq üçün əvvəlcə şəxsiyət vəsiqəsi tələb edir...

Daha sonra isə kredit məbləğindən asılı olaraq 50-100 manat xidməthaqqı tələb edirlər. Bu azmış kimi, müraciət edən şəxsin bank məlumatlarının ələ keçirilməsi də əsas hədəf olur.

Bu cür səifələri işlədənlərdən ünvan soruşanda eyni cavabı verir. Bildirirlər ki, onların fəaliyyət göstərdikləri konkret ünvan yoxdur.

Ekspert Xalid Kərimli belə vədlərə qəti şəkildə aldanmamağı tövsiyə edir. O bildirir ki, bu səhiflər vasitəsi ilə nəinki pul verilir, hətta müraciət edən şəxsin bank kartlarında olan vəsaitlər tam mənimsənilə də bilər.

Ekspertin sözlərinə görə, vətəndaşlar mütləq lisenziya olub-olmadığını yoxlasınlar. Məsələn, bank olmayan kredit təşkilatıdırsa, mərkəzi bankın saytında rahat şəkildə onun lisenziyası yoxlana bilər. Çünkü həmin təşkilatın saytına keçid, hesabatlarını oradan əldə etmək olur.

Xalid Kərimli bildirir ki, heç bir lisenziyası olmadan, sosial şəbəkələr, saytlar vasitəsilə özlərinə qurban axtaran bu cür səhifələrin verdiyi vədlər və əməllər qanunsuzdur. Bu cür səifələr vasitəsi ilə vətəndaşlara qarşı dələduzluq edilməsi ehtimalı böyükdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31