xebermen.az

Binəqədi sakinlərinin əsas problemi: Ev var, sənəd yox

7-10-2025, 11:51

 

Binəqədi qəsəbəsində sənədləşmə problemi əhali arasında ciddi narazılıq doğurur.

Əhali yaşadıqları evlərin əksəriyyətinin sənədsiz olmasından şikayətlənirlər.

Onların əsas tələbi yaşadıqları evlərin rəsmi olaraq adlarına keçirilməsidir. Sakinlərin sözlərinə görə, məhəllədə heç kimdə evə dair qeydiyyat sənədi yoxdur:

"Hamımız sənədsiz yaşayırıq. Qanuni şəkildə qeydiyyata düşmək istəyirik".

Bəs bu tikililərə çıxarış verilə bilərmi? 

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev qeyd edib ki, bəzi ərazilərdə inşa olunmuş fərdi evlərə çıxarış verilə bilməz:

"Onlar qadağan olunmuş ünvanlardakı ərazilərdir. Hazırda ölkəmizdə çoxsayda evlər var ki, qeydiyyatı yoxdur. Bunların çoxu Bakı ərazisindədir. Bu tip evlərin çoxu sovet dövründən qalıb". 

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, özbaşına tikililərin müəyyən olunması və sənədləşdirilməsi müəyyən müddət tələb edir. Bu, yalnız bir qurumdan asılı deyil. Digər aidiyyatı dövlət qurumlarını, həmçinin bələdiyyələri də ehtiva edir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31