xebermen.az

Ac qarına çay içməyin fəsadları - Rusiyalı həkimdən XƏBƏRDARLIQ

8-10-2025, 10:21

 

Ac qarına çay içmək vərdişi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu barədə gazeta.ru-ya rusiyalı qastroenteroloq Natalya Vasilyeva danışıb.

Qara və yaşıl çayın tərkibində yüksək miqdarda kofein və tanin (aşılayıcı maddələr) var. Onların kombinasiyası, əlbəttə ki, gümrahlığı və iş qabiliyyətini artırır, lakin eyni zamanda, mədə şirəsinin ifrazını da yüksəldir. Ac qarına çay içmək mədə ağrısı, mədədə yanğı hissi, ürəkbulanma və ya qastrit və xora xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər.

"Həkimlər qara və yaşıl çay növlərini yeməkdən sonra və ya ayrıca qəlyanaltı kimi meyvə, qurudulmuş meyvə və ya digər yüngül qidalarla içməyi tövsiyə edirlər", - mütəxəssis qeyd edib.

Vasilyeva həmçinin əlavə edib ki, çay yüngül sidikqovucu təsirə malikdir.

"Bitki və meyvə çaylarına gəldikdə isə, onları ac qarına içmək olar. Lakin onları zəif konsentrasiyalarda dəmləmək tövsiyə olunur", - deyə həkim məsləhət görüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31