xebermen.az

Azərbaycan Çay Forumu: Ənənə və müasirliyin qovuşduğu tədbir

11-10-2025, 10:28

 

Bakıda çay sənayesinə, mədəniyyətinə və sağlam qidalanmaya həsr olunmuş Azərbaycan Çay Forumu keçirilib. Sentyabr ayının 13-də "Hyatt Regency Baku" hotelində baş tutan forum ölkənin aparıcı çay, qəhvə və şokolad istehsal və distribütor şirkətlərindən biri "Chaykoff" və bu şirkətə məxsus "Gutenberg" brendinin təşəbbüsü ilə baş tutub.

Forumun məqsədi çay mədəniyyətinin inkişafına dəstək vermək, yerli və beynəlxalq mütəxəssislər arasında bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaq olub. Tədbirdə çay istehsalçıları, pərakəndə satıcılar, qida sahəsi üzrə ekspertlər, media nümayəndələri və çay həvəskarları daxil olmaqla 100-dən çox iştirakçı bir araya gəliblər.

Spiker Dr. Tutu Zeynalova - tanınmış həkim-diyetoloq və funksional tibb üzrə mütəxəssis - çayın sağlamlığa təsiri, antioksidantlarla zəngin tərkibi və gündəlik qidalanmadakı rolundan danışıb.

Forumun beynəlxalq tərəfdaşı - Çinin aparıcı çay şirkətlərindən "Zhejiang Tea" - Çin çayının istehsal ənənələri və dünya bazarındakı yeni trendlər haqqında təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçılar müxtəlif ölkələrdən gətirilmiş çayların dadım sessiyasında iştirak edərək yeni dadları kəşf ediblər. Bu, həm bilik, həm də təcrübə mübadiləsi baxımından Azərbaycan çay sənayesinin inkişafına mühüm töhfə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930