xebermen.az

Avtobuslarda "QR-kod"la ödənişlərdə əlavə pul çıxılır?

12-10-2025, 12:19

 

Avtobuslarda gediş haqqının "QR-kod"la ödənişi zamanı məbləğ seçimi çaşqınlıq yaradır. Qiymətlər marşrut xəttinə görə dəyişdiyi üçün mindikləri avtobusda gedişin qiymətini bilməyən sərnişinlər maddi ziyan və vaxt itkisi ilə üzləşirlər.

Söhbət gediş haqqını "QR-kod" ilə ödəyən sərnişinlərdən gedir. Onların sözlərinə görə, mobil tətbiq vasitəsilə ödəniş etdikləri zaman məbləği yanlış seçdiklərində kartdan pul çıxılır və geri qaytarmaq ya mümkün olmur, ya da çox gec olur.

Sürücülər də qeyd olunan məsələnin problem yaratdığını təsdiqləyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcılara istismarlarında olan marşrut avtobuslarında qiymət tablolarının olmasının vacibliyi vurğulanıb. Tarif dəyişikliyi ilə bağlı qərardan sonra qiymət dəyişikliyi şamil edilən avtobuslarda isə yeni tabloların quraşdırılması ilə bağlı da tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930