xebermen.az

Hansı ərazidəki evlər bahalaşır?

18-10-2025, 09:58

 

Son 5 ildə Azərbaycanda mənzil qiymətləri 46 faiz artıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Bankın "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd olunur ki, pandemiya dövründə qiymətlər sabit qalsa da, sonrakı illərdə artım müşahidə olunub. Bu vəziyyət ev almaq istəyən bir çox insan üçün çətinlik yaradıb.

Əmlak üzrə ekspert Yusif Quliyev bildirib ki, 100 min manata əsasən Masazır, Xırdalan və Neftçilər, Xalqlar Dostluğu metrostansiyaları yaxınlığında birotaqlı mənzillər almaq mümkündür.

Qiymətləndirici Vüqar Oruc isə əlavə edib ki, bu məbləğə Yeni Yasamal, Hövsan və Masazırda orta və ya zəif təmirli 1-2 otaqlı mənzillər təklif olunur, lakin bu mənzillərə tələb azdır.

Elan saytlarında isə ən çox Masazır, Binə, eləcə də bəzi hallarda İnşaatçılar və Memar Əcəmi ətrafında bu qiymətə uyğun mənzillərə rast gəlinir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31