xebermen.az

Xəzər sahilində 112 ölü suiti aşkarlanıb

4-11-2025, 10:12

 

Qazaxıstanın Mangistau vilayətinin ekologiya departamentinin əməkdaşları Xəzər dənizinin sahillərində 112 suiti cəsədi aşkar ediblər.


Bu barədə qurumun məlumat deyilir.


Vurğulanıb ki, Tüpkaraqan rayonunun Asan kəndindən Bautino burnuna qədər olan sahil zolağında aparılan monitorinqlər zamanı 112 Xəzər suitisinin cəsədi aşkar edilib.


Ölümlərin səbəbini müəyyən etmək üçün hadisə yerindən dəniz suyu nümunələri götürülüb.


Qeyd edək ki, bu, Xəzər dənizində suitilərin kütləvi ölümü ilə bağlı ilk hadisə deyil. 2025-ci ilin iyununda Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, 2024-cü ildə belə ölümlərin səbəbləri yüksək patogenli quş qripi, immun çatışmazlığı ilə əlaqəli neyrovirus infeksiyası və dənizin dibindən təbii qazın dağılması nəticəsində yaranan boğulma ola bilər.


2022-2023-cü illərdə bu heyvanlar taun və kəskin pnevmoniyadan ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31