xebermen.az

Pəhləvi, Qəddafi, Səddam və Zelenski: Görün Tehranın mərkəzində nə peyda oldu

4-11-2025, 10:28

 

Ukrayna prezidenti Vladimir Zelenski İranda "ABŞ qurbanı" kimi təqdim edilib.


Bu barədə “Strana.ua” məlumat yayıb.


Bildirilir ki, Tehranın mərkəzində Azadlıq heykəlinin başını təsvir edən plakat peyda olub. Onun tacında ABŞ-ın əlindən əziyyət çəkən siyasətçilərin portretləri var.


Onların arasında İranın sonuncu şahı Rza Pəhləvi, Liviyanın sabiq lideri Müəmmər Qəddafi, İraqın keçmiş prezidenti Səddam Hüseyn və Ukrayna lideri Vladimir Zelenski təsvir edilib.


Plakatın başlıqlarında belə yazılıb: “Azadlıq vədinin pərdəsi arxasında” və “ABŞ qüdrətli şeytandır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31