xebermen.az

Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək

8-11-2025, 09:33

 

G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.


Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.


O bildirib ki, niderlandlı köçkünlərin, eləcə də fransız və alman immiqrantlarının nəslindən olan afrikanerlər öldürülür, torpaqları və fermaları qanunsuz olaraq müsadirə olunur.


“Burada insan haqlarının pozulması davam etdiyi müddətcə heç bir ABŞ hökumət rəsmisi bu tədbirdə iştirak etməyəcək. 2026-cı ildə Florida ştatının Mayami şəhərində G20-yə ev sahibliyi etməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp qeyd edib.


G20 noyabrın 22-23-də Yohannesburqda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31