xebermen.az

Yanvar ayına qədər... - Zəngəzur dəhlizi ilə bağlı İrəvana vaxt verilir

18-11-2025, 10:47

“ABŞ dövlət katibinin müavini Alison Hukerin Ermənistana səfərinin məqsədi “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) həyata keçirilməsi üçün dəqiq vaxt qrafikini müəyyən etməkdir”.

Bu barədə Ermənistanın Niderlanddakı keçmiş səfiri Dzyunik Ağacanyan deyib.

Ağacanyan hesab edir ki, “Tramp marşrutu” məsələsini həll etməsi üçün Ermənistan hakimiyyətinə yanvar ayının ortalarına qədər vaxt verəcəklər.

“İstisna deyil ki, növbədənkənar seçkilərin keçirilməsi məsələsi də müzakirə olunsun. Çünki hakimiyyət anlayır ki, zaman keçdikcə nüfuzu azala, 2026-cı ilin may ayına qədər problemlər baş verə bilər. Bu ayın sonuna kimi Ermənistanda növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəyi aydınlaşacaq. Qərb “Tramp marşrutu” layihəsini maksimum qısa müddətdə həyata keçirmək niyyətindədir, bu, Ermənistan daxilindəki siyasi proseslərə də təsir edir”, - o iddia edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31