xebermen.az

Hindistan dünyanın ən böyük mobil internet istifadəçisi oldu

22-11-2025, 10:49

 

Hindistan sakinləri mobil internet trafikindən istifadənin həcmi baxımından dünyada lider mövqedə qərarlaşıblar, belə ki, hər bir istifadəçi mobil internetə ayda orta hesabla 36 GB sərf edir.

Bu barədə məlumatı "Times of India" qəzeti İsveçin "Ericsson" şirkətinə istinadən verir.

Bu göstərici ilə Hindistan ABŞ, Çin və Qərbi Avropa ölkələrini əhəmiyyətli dərəcədə üstələyir.

Mobil internetin ucuzluğu və baha olmayan smartfonların əlçatanlığı internetə qoşulma tələbatını dəstəkləyir və 2031-ci ilə qədər abunəçilərin sayının 1 milyarda çatacağı gözlənilir.

Hindistanda sosial şəbəkələrdə populyar olan videokontent infrastrukturunun inkişafı da artıma təsir göstərən digər amillərdəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31