xebermen.az

Mask dünyanı yenidən təəccübləndirdi - İnsanların işini indi robotlar görür

23-11-2025, 13:14

 

İlon Mask paylaşdığı yeni video ilə yenidən qlobal diqqəti üzərinə çəkib.


Mask yayımladığı görüntülərdə "Optimus" adlı humanoid robotların müxtəlif sahələrdə həkim, polis, tikinti işçisi və hətta aşpaz kimi real tapşırıqları yerinə yetirdiyini nümayiş etdirib.


Videoda robotların tibbi müayinə prosedurlarını icra etməsi, patrul funksiyalarını simulyasiya etməsi, tikinti meydançasında yük daşıması və mexaniki işlər görməsi, eləcə də mətbəxdə yemək bişirib kulinariya tapşırıqlarını yerinə yetirməsi əks olunub.


Mask bundan əvvəl açıqlamışdı ki, yaxın illərdə hər il 1 milyon ədəd Optimus istehsal etməyi planlaşdırır. Bu isə onun sözləri ilə desək, "robot ordusu"nun formalaşması və bir çox peşələrdə insan əməyinin əvəzlənməsi deməkdir.


Ekspertlər bildirirlər ki, Optimus robotlarının bu tempdə inkişafı əmək bazarında ciddi dəyişikliklərə yol aça bilər. Onların tətbiqi təhlükəsizlik, sənaye və xidmət sahələrində insan iştirakını minimuma endirərək "robot iqtisadiyyatı"na keçidi sürətləndirə bilər.


Maskın paylaşımı sosial şəbəkələrdə geniş müzakirə edilib və bir çox istifadəçilər bunu "insan və robot rəqabəti dövrünün başlanğıcı" kimi dəyərləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31