xebermen.az

Bu ölkəyə xəbərdarlıq edildi: İsrail hücum edəcək

2-12-2025, 13:50

 

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin İraqa hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədəs" kanalı məlumat yayıb.

İddialara görə, Barrak İraq rəsmilərinə İsrailin Hizbullaha qarşı hücumlarına müdaxilə etməmək üçün sərt xəbərdarlıq edib. O bildirib ki, İraq ərazisindəki İran tərəfindən dəstəklənən milislər münaqişəyə qarışarsa, İsrailin hücumları ilə üzləşə bilərlər.

Həmçinin Barrak İraq rəsmilərinə İsrailin Livandakı hücumlarının Hizbullah tamamilə tərksilah edilənə qədər davam edəcəyini söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31