xebermen.az

Plastik torbaların qiyməti QALXDI

3-12-2025, 10:20

 

Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur. "Bu qiymət dəyişimi istehlakçı davranışına necə təsir edəcək?" sualı gündəmə gəlsə də, müşahidələr hələlik ciddi dəyişikliyin olmadığını göstərir.

Şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər.

Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər:

"Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm".

Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə, əsas problem alternativlərin təqdimatındadır:

"Marketlərdə istehlakçı kassaya gələndə onun üçün əlçatan olan plastik torbalardır. Ətraf mühit üçün zərərsiz olan torbalar isə adətən ayrı rəflərdə, gözəçarpmayan yerlərdə olur", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31