xebermen.az

Xəzərin sahilində 500-ə yaxın suiti cəsədi tapıldı

3-12-2025, 10:23

 

Xəzər dənizinin Dağıstan sahillərində 500-ə yaxın suiti cəsədi tapılıb.

Bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb.

Qeyd olunub ki, nazirliyin mütəxəssisləri Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında araşdırma aparıblar. Nəticədə sahillərdə ölmüş 484 suitinin cəsədi tapılıb.

Heyvanların ölüm səbəbini müəyyən etmək üçün Dağıstanın Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciətlər göndərib. Sahil ərazilərində tədqiqatlar davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31