xebermen.az

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

7-12-2025, 09:32

 

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır.


Mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər.


Həkimlərin açıqlamasına görə, ilk növbədə sakit və qaranlıq mühitə keçmək, ekran işığından uzaqlaşmaq ağrının azalmasına təsir edir. Soyuq kompreslərdən istifadə etmək də baş nahiyəsində gərginliyi azaldır və rahatlama yaradır.


Bununla yanaşı, kifayət qədər su içmək, stressdən qaçmaq, yüngül masaj və nəfəs məşqləri miqreni yüngülləşdirən effektiv vasitələr hesab olunur. Kofein qəbulunu nəzarətdə saxlamaq və düzgün yuxu rejimi qurmaq da əhəmiyyətli amillərdir.


Mütəxəssislər miqrenin tez-tez təkrarlanması halında mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31