xebermen.az

Özbəkistanda mənzil və avtomobilləri nağd pulla almaq qadağan edildi

12-12-2025, 10:29

 

2026-cı il aprelin 1-dən etibarən Özbəkistanda alkoqol, tütün məmulatları, daşınmaz əmlak, avtomobillər və 25 milyon sumdan (təxminən 3 530 manat - red.) baha olan malların nağd pul ilə alınması qadağan ediləcək.

Bu barədə Prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı ölkənin Milli Qanunvericilik Məlumat Bazasında dərc olunub.

Belə məhsulları almaq və xidmətlər üçün ödəniş etmək yalnız nağdsız üsullarla və ya QR-kodlardan istifadə edilməklə mümkün olacaq.

Özbəkistan hökuməti ümid edir ki, bu tədbirlər maliyyə əməliyyatlarının şəffaflığını artıracaq və 2030-cu ilə qədər nağd puldan istifadənin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31