xebermen.az

Vatsapa yeni funksiyalar əlavə edildi

17-12-2025, 10:17

 

Vatsap mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.


Yeniliklər buraxılmış zənglər üçün səsli və videomesaj buraxmaq imkanı, qrup zənglərində emoji reaksiyaları, “Status” bölməsi üçün interaktiv stikerlər və süni intellekt alətlərinin yenilənməsini əhatə edir.


İstifadəçi zəngə cavab vermədikdə zəng edən şəxs birbaşa çat vasitəsilə qısa səsli və ya videomesaj göndərə biləcək.


Qrup səsli zənglərində emoji reaksiyaları danışanın nitqini kəsmədən münasibət bildirməyə imkan verir, videozənglərdə isə aktiv danışan avtomatik ön plana çıxarılır.


Bundan əlavə, süni intellekt alətləri təkmilləşdirilib: mətn sorğuları əsasında daha detallı şəkillər yaratmaq və paylaşılan görüntüləri qısa animasiyaya çevirmək mümkündür. “Status” bölməsinə əlavə edilən emoji və sual stikerlərinə göndərilən cavablar yalnız status müəllifinə görünür və “Aktivlik” bölməsində idarə olunur. Oxşar funksiya kanallarda da tətbiq edilib.


Şirkətin məlumatına görə, yeni funksiyalar iOS, Android və masaüstü platformalarda mərhələli şəkildə istifadəyə verilir və onların əlçatanlığı istifadəçinin cihazı və bölgəsindən asılıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31