xebermen.az

Ankara və İstanbulda İŞİD əməliyyatı: 170 nəfər saxlanılıb

19-12-2025, 11:05

 

Türkiyə polisi iki həftə ərzində İŞİD terror qruplaşması ilə əlaqəli 170 şübhəlini saxlayıb.

Bu barədə cümə günü daxili işlər naziri Əli Yerlikaya bildirib.

Nazir “X” sosial media hesabında yazıb: "İŞİD-ə qarşı əməliyyat nəticəsində 32 əyalətdə terrorçu qrupa maliyyə yardımı göstərməkdə və əvvəllər onun üçün çalışmaqda şübhəli bilinən 170 nəfər saxlanılıb".

Onun sözlərinə görə, həbslər İstanbul, Ankara və ölkənin digər əyalətlərində baş verib. Məhkəmə həbs olunanlardan 10 nəfəri barəsində həbs qətimkan tədbiri seçib, digərləri ilə bağlı araşdırmalar davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31