xebermen.az

Sabah duman olacaq

21-12-2025, 18:45

 

Dekabrın 22-də Azərbaycanın avtomobil yollarında dumanlı hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Dumanlı hava şəraitində yol hərəkəti iştirakçılarına aşağıdakı tədbirləri görmək tövsiyə olunur:

• Sürət həddini azaldın və yol şəraitinə uyğun hərəkət edin.

• Dönmə və əyləc manevrlərini əvvəlcədən planlaşdırın.

• Yaxın məsafədə olan nəqliyyat vasitələri ilə aranı qoruyun.

• Dumanlı hava şəraitində uzaq işıqları deyil, yaxın işıqları istifadə edin.

• Zərurət olmadıqda ötmə manevrindən çəkinin.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin bu tövsiyələrə əməl etməsi vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31