xebermen.az

Bu ölkə Azərbaycandan nümunə götürür: Qohum nikahlarına qadağa gəlir

23-12-2025, 15:00

 

İsveç hökuməti qohumlar arasında nikahı qadağan edən və xaricdə bağlanan belə nikahları tanımayan qanun layihəsi hazırlayıb.

Təşəbbüs namusla bağlı zorakılıq və məcburiyyət hallarının qarşısını almaq məqsədi daşıyır. Ədliyyə Naziri Qunnar Stryommer bildirib ki, qohum-əqrəba nikahına qadağa qadın və qızların müdafiəsi üçün vacibdir.

Qanun layihəsinə əsasən, ögey və övladlığa götürülmüş qohumlar da daxil olmaqla yaxın qohumlar arasında nikah qadağan ediləcək. Yeni qanunun 2026-cı il iyulun 1-dən qüvvəyə minməsi planlaşdırılır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31